İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişi qadın davasına qarışaraq sevgilisinin rəqibini öldürüb - VİDEO

660 11.07.2022 18:31 Hadisə A A

Moskva yaxınlığındakı Balaşixada kişi qadınların davasına müdaxilə edərək sevgilisinin rəqibinə arxadan bıçaqla dörd zərbə endirib.

Milli.Az bildirir ki, bu barədə "VKontakte" sosial şəbəkəsində "Bizim Balaşixa" qrupu məlumat yayıb.

Hadisə iyulun 4-də Nekrasov küçəsindəki həyətlərdən birində baş verib. Hadisə şahidlərinin dediyinə görə, qızlar küçədə dalaşırdılar. Çox keçmədən şifahi dava əlbəyaxaya çevrildi və kişi müdaxilə etdi. Görünür, o, qızlardan birini qorumaq qərarına gəlib. Bir anda o, sevgilisinin rəqibinin kürəyinə bıçaqla 4 dəfə zərbə endirib, sonra isə qaçıb.

Qanaxmadan əziyyət çəkən qız üçün təcili yardım çağırmadılar. Qız, aldığı xəsarətlərdən yerindəcə keçinib. Daxili İşlər Nazirliyi və İstintaq Komitəsindən hələlik rəsmi şərh yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR