İnsanlara hürriyət, millətlərə istiqlal!

Kirmanda törədilən terror aktı ilə bağlı 11 nəfər SAXLANILDI  

639 05.01.2024 21:41 Dünya A A

 

İranda general Qasım Süleymaninin dəfn olunduğu Kirman şəhərində qəbiristanlığın yaxınlığında törədilən terror aktında əli olmaqda şübhəli bilinən 11 nəfər saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb. Kirmanda kamikadzelərdən ikisinin yaşadığı ev də aşkarlanıb. Orada partlayıcı qurğular, o cümlədən partlayıcı kəmərlər aşkar edilib. İslam Respublikasının Daxili İşlər Nazirliyi 89 nəfərin terror aktının qurbanı olduğunu, onlardan 12-nin Əfqanıstan vətəndaşı olduğunu açıqlayıb. Ölənlər arasında 9-u 10 yaşa qədər uşaq və 30-u yeniyetmədir.

 

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR