İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen Inın avtomobilinin nömrəsi GÜNDƏM OLDU

2922 20.06.2024 09:23 Dünya A A

Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina verdiyi “Aurus” markalı avtomobilin nömrəsi Koreya müharibəsinin bitmə tarixinə uyğun gəlir.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, “7 27 1953” rəqəmləri Koreya Müharibəsinin bitdiyini bildirən Koreya Atəşkəs Müqaviləsinin rəsmi olaraq bağlandığı 27 iyul 1953-cü il tarixinə uyğun gəlir.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Kim Çen Ina yeni "Aurus" avtomobili, admiral xəncəri və çay dəsti hədiyyə edib. O, Rusiya istehsalı avtomobili hədiyyə olaraq alan ilk lider olub.

"Aurus" Rusiya prezidenti, Baş naziri və Nazirlər Kabinetinin üzvlərinin kortejlərində istifadə olunur. Xarici ölkə liderlər də Rusiyaya gələndə bu markalı avtomobillərlə təmin olunurlar. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR