İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen In "sükanı möhkəm tutaraq" tank idarə edib

579 14.03.2024 12:25 Dünya A A

Şimali Koreya lideri Kim Çen In Şimali Koreya ordusunun ən yeni tankını şəxsən yoxlayıb və gördüklərindən çox razı qalıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə KCNA xəbər agentliyi məlumat yayıb.

Yeni hərbi texnika ilə tanışlıq Şimali Koreya ordusunun tank yarışlarında baş tutub. Ryu Gön Su adına 105-ci qvardiyanın tank diviziyası böyük üstünlüklə qələbə qazanıb.

“Tank ekipajlarını nəzərdən keçirdikdən sonra yoldaş Kim Çen In şəxsən yeni tipli döyüş tankına əyləşdi və sükanı möhkəm tutaraq tankı idarə etdi”, – KCNA nəşri bildirib.

Eyni zamanda, agentlik bildirir ki, “tank hissələrinin hərbi qulluqçuları hər şeyə qalib gələn polad komandirin əzəmətli görünüşünə baxaraq, “Manse!” nidaları ilə fərəh fırtınası qoparıblar.

Kim Çen In da öz növbəsində gördüklərindən tam məmnun olduğunu bildirib. Onun əvvəllər də “sükanı möhkəm tutaraq tank idarə etməsi” və həmvətənlərini fərəhləndirməsi halları olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR