İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen In bığ-saqqal ixracından 160 milyon dollar əldə edib

1208 04.02.2024 22:37 Dünya A A

2023-cü ildə saxta kirpiklər və pariklərin ixracı Şimali Koreya iqtisadiyyatına 167 milyon dollar gəlir gətirib.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" Agentliyi Çin gömrük məlumatlarına istinadən bildirib.

Məlumatda bildirilir ki, 2023-cü ildə bu ixrac maddəsi KXDR-in Çinə ixracının ümumi həcminin demək olar ki, 60 faizini təşkil edib.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən bu məhsulların ixracı müvəqqəti olaraq dayandırılıb, yalnız keçən il bərpa olunub.

Bu müddət ərzində Şimali Koreya məhsullarına tələbat və qiymətlər bir neçə dəfə artıb.

Agentliyə danışan sahə mütəxəssisləri Şimali Koreya istehsalı olan saxta kirpiklər və pariklərin yüksək keyfiyyətə malik olduğunu deyiblər. Əgər 2019-cu ildə KXDR-dən saxta kirpik, saqqal və parik ixracının həcmi 1680 ton (pul ifadəsində 31 milyon dollar) təşkil edirdisə, 2023-cü ildə Pxenyan bu məhsulların 1829 tonu üçün demək olar ki, 5,5 dəfə çox gəlir əldə edib.

Bu kateqoriyaya aid mallar ciddi sanksiya məhdudiyyətləri altında olan Pxenyan üçün əhəmiyyətli valyuta gəliri mənbəyidir. Nəşrin məlumatına görə, onlar Çində son emal və qablaşdırmadan keçir, bundan sonra “Made in China” etiketi ilə bütün dünyada satılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR