İnsanlara hürriyət, millətlərə istiqlal!

Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatı və Birinciliyinin açılış mərasimi keçirilib FOTO

1030 22.09.2023 18:14 İdman A A

Bakı İdman Sarayında Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatı və Birinciliyinin təntənəli açılış mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, Milli Məclisin Gənclər və idman komitəsinin deputatları, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, idman ictimaiyyətinin iştirakı ilə keçirilən açılış mərasimi dövlət himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə sükut elan edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev bugünkü qüdrətli Azərbaycanın məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu, ümumilli liderin siyasəti xəttinin bütün sahələrdə layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini qeyd edib.

Ölkəmizdə ordu quruculuğuna, bədən tərbiyəsinə ayrılan yüksək diqqət və qayğı nəticəsində bu gün rəşadətli ordumuzun Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyində bizlərə qazandırmış olduğu tarixi qələbədən bəhs edən Adil Əliyev Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə qanunsuz erməni silahlı dəstələrinə qarşı uğurla həyata keçirilmiş lokal xarakterli anti-terror tədbirləri ilə əlaqədar məlumat verib və 24 saatdan az vaxtda separatçıların bütün silahlarının sıradan çıxarıldığını və təslim olmağa məcburiyyətində qaldıqlarını vurğulayıb. O bildirib ki, məhz bu gün qazanılmış uğurlara görə dövlət başçısına, rəşadətli ordumuza, xüsusən də bu yolda canını qurban vermiş şəhidlərimizə borcluyuq. Qələbəmizin memarları olan qəhrəmanlar Vətən yolunda canlarını fəda edərək, bizə tarixi Qələbə bəxş ediblər.

Bu gün Azərbaycan Kikboksinq Federasiyasının 30 illiyinin təntənəli qeyd olunduğunu bildirən vitse-spiker Federasiyanın keçdiyi tarixi yoldan bəhs edib.

Daha sonra çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyev Federasiyanın qazandığı uğurlardan, ölkəmizdə idman siyasətinə ayrılan yüksək diqqət və qayğıdan bəhs edib. Habelə, yarışlar barədində məlumat verərək, göstərilmiş yüksək nəticələrdən bəhs edib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov idman siyasətinin uğurlarından bəhs edərək, keçirilən bu qəbildən olan yarışları yüksək qiymətləndirib.

Daha sonra yarışlar başlayıb və idmançılar müxtəlif çəki dərəcələrində öz güclərini göstəriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR