İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiberhücumların qarşısını bu yolla almaq olar

869 10.03.2023 14:05 Texnologiya A A

"Kiberhücumların qarşısını almağın birinci yolu maarifləndirmədir".

Musavat.com xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi vəzifəsini icra edən, rəis müavini Samir Rəsulov Mətbuat Şurasında keçirilən "dəyirmi masa"da deyib.

"İnformasiya və kibertəhlükəsizliklə bağlı ilk növbədə onlayn media subyektlərinin rəhbərləri maarifləndirilməlidir. Çünki onlar işçilərindən nəyi tələb etmək lazım olduğunu bilməlidir", - deyə Samir Rəsulov qeyd edib.

O, həmçinin ETX-nin bununla bağlı onlayn media subyektlərinə metodik dəstək göstərdiyini və maarifləndirmə işinə hazır olduğunu vurğulayıb:

"Bunun nəticəsində media nümayəndələri kibertəhdidlərə qarşı mübarizədə kibergigiyena qaydalarını biləcək".

Samir Rəsulov bir sıra media resurslarında kibertəhlükəsizliklə bağlı zəifliklər aşkarlandığını da diqqətə çatdırıb:

"Hər gün fərqli-fərqli kiberhücumlarla rastlaşırıq. Biz monitorinq aparmışıq, bir sıra media veb resurslarında zəifliklər aşkar etmişik və dəfələrlə onlara bu barədə məlumat vermişik. Təəssüflər olsun ki, bəzi media qurumlarında hələ də vebzəifliklər mövcuddur".

S.Rəsulov həmçinin qeyd edib ki, kibertəhlükəsizliyə investisiyalar qoyulmalı, qurumlar bu sahədə peşəkar mütəxəssisləri işə cəlb etməlidir:

"İnvestisiya qoyulmasa, kibertəhlükəsizliyi təmin etmək mümkün deyil".

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR