Arxiyepiskop Baqrat Qalstanyanın siyasi proseslərə qarışmaq məcburiyyətində qalacağı bir vəziyyət yarana bilər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Hrant Melik-Şahnazaryan deyib.
“Arxiyepiskopun çoxdankı dostu olduğum üçün deyə bilərəm ki, o, insanları küçəyə çıxarmaq istəməyib, yürüşə rəhbərlik etmək istəməyib, siyasi proseslərə qarışmaq istəməyib, amma məcbur olub. İstəklər həmişə şəraitlə üst-üstə düşmür. Elə bir vəziyyət yarana bilər ki, həqiqətən də onun namizədliyi zəruri olar”, - deyə revanşist ekspert bildirib.
Musavat.com
Keşiş Baqrat Qalstanyan növbəti baş nazir olacaqmı-erməni ekspertə görə...
![](http://cdn.musavat.com/news/thumbnails/bdb27fae556bdf09b2122b2b3d2ff2c2.jpeg)