İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kərki və Əskiparaya nəzarət etməsək, Gürcüstan və İrana gedən strateji yollarımızı itirəcəyik”-Poqosyan

905 18.05.2023 13:20 Region A A

“Nikol Paşinyan Alma-Ata Bəyannaməsinə istinad edərək iki məqsəd güdürdü: Mişel biri haqqında açıq danışdı, ikincisi anklavlar problemidir”.

Musavat.com bildirir ki, bunu Ermənistanın mediasına açıqlamasında konstitusiya hüququ üzrə mütəxəssis Vardan Poqosyan deyib. “Əgər İrəvan deyirsə ki, Ermənistanın ərazisi 29800 kv. km, bununla da razılaşdılar ki, bu anklavlar Azərbaycan əraziləridir və son nəticədə Azərbaycana qaytarılmalıdır. Və biz bilirik ki, ən azı iki anklav strateji əhəmiyyətə malikdir və əgər biz Tiqranaşen (Kərki-M.) və Voskepara (Əskipara-M.) nəzarət etməsək, o zaman faktiki olaraq Gürcüstan və İrana gedən strateji yollarımızı itirəcəyik. Əgər orada Azərbaycan nəzarəti olsa, ətrafımızdakı dairə daha da daralacaq”, - Poqosyan daha sonra deyib.

Erməni ekspert sərsəmləyərək iddia edib ki, bu ərazilər Ermənistanın ərazisidir və Ermənistan Respublikası sovet dövründə baş verənləri əsas götürməməlidir. “Paşinyan bunu ona görə etdi ki, onun üçün milli maraqlar yoxdur, vəzifəsi öz kreslosunu qorumaqdır.

Konstitusiya ərazinin dəyişdirilməsi ilə bağlı kifayət qədər mürəkkəb mexanizmləri nəzərdə tutur. Ermənistan ərazisində hər hansı dəyişiklik olarsa, Konstitusiya referendumun keçirilməsini nəzərdə tutur. Amma əminəm ki, hakimiyyət belə bir fürsətdən qaçacaq”, - deyə Poqosyan absurd iddialarını davam etdirib.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR