İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərlə sərhəd kəndindən reportaj: Silah səslərinə oyanan kənd sakinləri- VİDEO

3890 16.09.2022 19:54 Reportaj A A

Silsilə dağlar və qayalıqlarla əhatə olunan Daşkəsən rayonun Qabaqtəpə kəndi  düşmənlə təmas xəttində yerləşən yaşayış massivlərimizdən biridir. Qabaqtəpədən Kəlbəcərin dağları görünür. Son durumu öyrənmək üçün kənddə yollandıq. Ərazidə çəkiliş apardığımızı görən yaşlı sakinlərdən birinin dedikləri kənd camaatının əhvalından xəbər verdi.

Qabaqtəpə kəndi bir neçə istiqamət üzrə təmas xəttinə yaxındır. Birinci Qarabağ müharibəsinədək bu kəndin dağ yolları ilə istər Kəlbəcər, istər Gədəbəyə və ya Göyçə mahalına getmək mümkün olub.

 Ermənistan silahlı qüvvələrinin son təxribatı nəticəsində istifadə etdiyi ağır silahların səsi bu kənddə eşidilib. Kənd sakinləri deyir ki, xüsusən gecə saatlarında partlayış səsləri daha aydın duyulub. Lakin düşmən təxribatı qabaqtəpəliləri qorxutmur. Ordumuza olan güvən kənd sakinlərinin rahat həyatının təminatçısıdır.

Ucqar dağ kəndlərindən biri olan Qabaqtəpədə insanların əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Başqa sözlə burada yaşayanların çörəyi torpaqdan çıxır. Sabah saatlarında kəndin balaca sakinləri məktəbə gedir, böyüklər isə iş başındadır.

Bir sözlə Qabaqtəpədə həyat öz axarında davam edir.   Düşmən təxribatı nə ordumuzu, nə də ordumuza güvənən sadə insanları qorxutmur. Yeri gəlmişkən, onu da öyrəndik ki, bu gün sabah saatlarından etibarən artıq kənd sakinləri silah səslərini eşitmirlər.

İlham Məmmədov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR