İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcər ATƏŞƏ tutuldu, ermənilər sərhəddə hərəkətə keçdi - Sülhəddin Əkbərlə CANLI

1004 23.02.2024 15:43 Son xəbər A A

Fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib.

Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik.

Ukrayna Prezidenti Vladimir Zelenski isə bildirib ki, ölkəsi 2024-cü ildə təkcə özünü müdafiə etməyi deyil, həm də yeni əks-hücum hazırlamağı planlaşdırır.

O, bu barədə təmas xəttinin yaxınlığında “FoxNews”a verdiyi müsahibəsində bildirib. Builki hədəflərə toxunan Zelenski qeyd edib ki, Rusiya kimi bir ölkə ilə qarşıdurmada hətta müdafiə də böyük çağırışdır.

“Müdafiə bir nömrəli vəzifədir”, - Ukrayna lideri vurğulayıb. Onun sözlərinə görə, Ukrayna Qara dənizdə uğurlu əməliyyatlarını davam etdirəcək: “Mən təfərrüata varmayacağam, amma onları, Rusiyanı sürprizlər gözləyir”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu milli siyasət üzrə ekspert Sülhəddin Əkbərlə sərhəddə təxribatı və Ukrayna müharibəsinin iki ilinin yekunlarını dəyərləndirir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR