İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş deputata qətl sifariş etdiyi üçün daha 12 il həbs cəzası verilib

1350 11.12.2023 12:52 Kriminal A A

Rusiya Federasiyanın Krasnoyarsk vilayətinin Kirovski Rayon Məhkəməsi keçmiş iş adamı və siyasətçi Anatoli Bıkovu 12 il müddətinə azadlıqdan məhrum edib. Müəyyən edilib ki, 1998-ci ildə Bıkovun əmri ilə üç qatil Krasnoyarskda həbsdən yenicə çıxmış və bölgədə “nəzarətçi” mövqeyini tutmaq, öz kriminal beiqadasını yaratmaq istəyən 48 yaşlı avtoritet Vladimir Filippovun izləyib, öldürüblər.

Bu, 63 yaşlı, “Çelentano” ləqəbli Anatoli Bıkova qarşı üçüncü hökmdür. O, 8 ildir ki, həbsxanadadır, indi 20 il həbs cəzası çəkməli olacaq.

Bıkovun vəkili hökmdən apellyasiya şikayəti vermək niyyətində olduğunu açıqlayıb.

Məhkəmə keçmiş deputat Anatoli Bıkovu kriminal avtoritet Vladimir Filippovun (“Filip” ləqəbli) qətlini təşkil etməkdə ittiham edib.

Məhkəmənin məlumatına görə, Bıkov 1998-ci ildə “Filip”i öldürməyi Vilor Struqanova (“Paşa Ssvetomuzika”) tapşırıb. O, iki ortağı - Aleksandr Jivitsa (“Bul”) və İqor Yelovski (“Yolka”) ilə birlikdə iki gün ərzində Bıkovun kriminal mühitdəki potensial rəqibini izləyib, iyunun 17-dən 18-nə keçən gecə Krasnoyarsk şəhərinin Timoşenkova küçəsindəki 187 saylı evin yaxınlığında qatillər real döyüş silahına çevrilmiş iki qaz tapançasından Filippova 6 dəfə atəş açıblar. Kriminal avtoritet yerindəcə ölüb.

Prokurorluğun məlumatına görə, Bıkov cinayəti "şəxsi düşmənçilik zəminində, həmçinin kriminal aləmdə təsirini gücləndirmək məqsədilə" törədib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR