İnsanlara hürriyət, millətlərə istiqlal!

Katya Lel yadplanetlilərlə görüşündən danışdı

1210 07.07.2022 10:58 Şou-biznes A A

47 yaşlı rusiyalı müğənni-bəstəkar Katya Lel yadplanetlilərlə görüşündən danışıb. İfaçı yadplanetlilərlə görüşün 16 yaşında ikən baş tutduğunu və həmin anda ailəsi ilə mətbəxdə qəhvə içdiyini bildirib. Lel və ailəsi “yaşıl parıltı” görüblər.

Oxu.Az-ın xəbərinə görə, “Pəncərədən kənarda parıltı görəndə bütün dişlərim ağrısız və qansız yox oldu. Biz hər şeyi gördük, amma yaddaşımız silinmədi”, - deyə Lel bəyan edib.

Ulduz əlavə edib ki, bir müddət sonra yadplanetlilərin kosmik gəmisinə minib və onların söhbətlərini dinləyib.

“Bir həftə sonra mən onların gəmisində oldum. Mən elə bil keyimişdim, harada olduğumu və nə baş verdiyini anlamırdım. O zaman anlasaydım ki, onların gəmisindəyəm, ürəyim partlayardı”, - müğənni qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR