İnsanlara hürriyət, millətlərə istiqlal!

Karlson Putinə əcaib bir sual da verəcəkmiş, verməyib

696 12.03.2024 12:51 Dünya A A

Amerikalı jurnalist Taker Karlson müsahibə zamanı Rusiya prezidenti Vladimir Putindən Kremldə afroamerikalıların olmaması barədə sual verməkdən çəkinib.

Musavat.com “Pool N3” teleqram kanalına istinadla xəbər verir ki, Karlson müvafiq sualı verməyi planlaşdırıb, lakin mədəni xüsusiyyətlərə görə fikrini dəyişib.

Jurnalist bildirib ki, Rusiya Federasiyasının prezidenti ilə görüşdən əvvəl prodüserlərlə qəhvə içib və Putinin yanına gedəcəyini, verəcəyi ilk sualın Kremldə rəhbər vəzifələrdə afroamerikalıların olmaması ilə bağlı olacağını deyib.

“Ancaq bu çox konkretdir. Anlaşılmazlıqlara səbəb olmamaq üçün bu sualdan imtina etmək qərarına gəldim", - Karlson deyib.

Jurnalist anlamır ki, Rusiya afroamerikalıların icma halında yaşadığı ölkələrdən deyil, orada sual yalnız Rusiyada yaşayan etnik azlıqların nümayəndələrinin Kremldə təmsil olunmaması barədə ola bilərdi.

Xatırladaq ki, Taker Karlson bu ilin fevral ayının əvvəlində Moskvaya səfər etmişdi. O, Rusiya prezidenti Vladimir Putindən müsahibə alıb.

Jurnalist daha sonra etiraf edib ki, Moskvaya səfərindən sonra ABŞ liderlərinə nifrət etməyə başlayıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR