İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadalı generaldan Rusiya ilə bağlı İLGİNC AÇIQLAMA: "Gecələr yata bilmirəm..."

2514 10.03.2024 18:56 Dünya A A

Qərb ölkələri Rusiyanın Arktikada aktiv fəaliyyətindən narahatdır.

Musavat.com “Le Devoir” nəşrinə istinadən xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə komandanının müavini, general Blez Frouli Ottavada keçirilən təhlükəsizlik və müdafiə üzrə illik konfransda çıxışı zamanı bildirib.

"Xəritəyə baxsanız, Arktika və xüsusilə Alyaska bölgəsi rəqiblərimizin bizə çatması üçün ən sürətli yoldur", - o deyib.

General qeyd edib ki, Rusiyanın 40 nüvə buzqıran gəmisi var, növbəti onillikdə daha 10-u istehsal oluna bilər.

Onun sözlərinə görə, ABŞ və Kanadanın birlikdə beş nüvə buzqıran gəmisi var. İki ölkə birlikdə daha çox buzqıran gəmi tikmək niyyətindədir.

Frouli bildirib ki, bütün bunlar ona gecələr rahat yatmağa imkan vermir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR