İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada iranlılar GÜLLƏLƏNDİ

659 18.06.2024 18:05 Dünya A A

Dünən günortadan sonra Kanadanın Toronto şəhərində iki iranlı güllələnərək öldürülüb.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb. 

Qeyd olunub ki, Arəş Misaqi və Səmira Yusifi adlı iki iranlı iş yerlərində hücuma məruz qalıblar.

Kanada polisinin məlumatına görə, silahlı qatil adıçəkilən şəxsləri öldürdükdən sonra intihar edib.

Kanada polisi hücum edənin kimliyi barədə açıqlama verməyib, hadisənin səbəblərinin araşdırıldığını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR