İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada minlərlə keçmiş nasisti niyə qəbul edibmiş?

727 03.02.2024 14:17 Dünya A A

Kanada 1980-ci illərin ortalarında keçmiş nasistlərin Kanadaya immiqrasiyasını araşdıran tarixçi Alti Rodalın hesabatını dərc edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 600 səhifəlik sənəd Kanada Dövlət Arxivi tərəfindən dərc olunub.

Hesabat lobbiçilərin “SS Galicia” diviziyasının təxminən 8 min keçmiş əsgərinin, habelə Almaniyanın əmək düşərgələrində olan 20 mindən çox ukraynalının Kanadaya immiqrasiyasını təsdiqləmək səylərini təsvir edir. Tarixçi qeyd edib ki, keçmiş nasistlərlə bağlı müsbət qərar qəbul etmək üçün onlar məhbus kimi qələmə verilə bilərdi.

1950-ci illərə qədər SS əsgərlərinin Kanadaya daxil olmasına icazə almaq mümkün deyildi, çünki onlar müharibə cinayətləri törətməkdə iştirakçı kimi ittiham olunurdular, lakin sonradan bu məsələyə baxışlar dəyişdi. “Rəsmilər belə qənaətə gəliblər ki, Qalisiya diviziyasının keçmiş döyüşçüləri antikommunist ukraynalı millətçilərə qoşula biləcəklər”, - nəşr yazır.

Nəticədə 1950-ci ilin yayında Kanada hökuməti qərara gəlib ki, "Böyük Britaniyada yaşayan ukraynalılar Almaniya ordusunda xidmət etmələrinə baxmayaraq, Kanadaya qəbul ediləcəklər" - lakin xüsusi yoxlamadan sonra. Məsələ Kanada parlamentində müzakirə edilib. Hökumət nümayəndələri deputatları əmin etdilər ki, keçmiş nasistlərin övladları Kanada cəmiyyətinin layiqli üzvlərinə çevrilə bilərlər. Ona görə də onlar immiqrasiya sənədlərini nəzərdən keçirərkən adi qaydaları tətbiq etmək qərarına gəliblər.

22 sentyabr 2023-cü ildə Ukrayna prezidenti Zelenskinin Kanadaya səfəri zamanı 98 yaşlı ukraynalı mühacir Yaroslav Qunko Şimali Amerika ölkəsinin parlamentinə dəvət olunub. II dünya müharibəsi illərində onun “Waffen SS” diviziyasının sıralarında xidmət etdiyi məlum olduqdan sonra beynəlxalq qalmaqal yaranıb. Nəticədə parlamentin spikeri Entoni Rota istefa verib.

Dekabrın 7-də Rusiya Federasiyasının Baş Prokurorluğu Kanadadan keçmiş Ukrayna SS əsgəri Qunkonun ekstradisiyasını xahiş edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR