İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamran Həsənli ilə QAYNAR gündəm: Xankəndi təlxəkləri TƏŞVİŞDƏ, Kreml ATƏŞ altında... CANLI

663 10.08.2023 15:51 Son xəbər A A

Moskvanın “Vnukovo” və “Domodedovo” hava limanları avqustun 10-na keçən gecə naməlum uçan obyektlərə görə təyyarələrin qəbulu və buraxılmasına məhdudiyyətlər tətbiq edib. Qeyd olunur ki, ən azı 11 reysin uçuş və enişi təxirə salınıb.

Gecə saatlarında Moskva yaxınlığındakı Domodedovo şəhərində də yanğın və partlayışlar barədə məlumat yayılıb. Rəsmi məlumat yoxdur, yerli sakinlərin sözlərinə görə, yanğın yerli avtoservisdə qaz balonlarının partlaması nəticəsində baş verib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin baş idarəsi yanğının Konstantinovo kəndində olduğunu, aeroportun bu yerdən təxminən 10 km aralıda olduğunu bildirib.

Xatırladaq ki, dünən Moskva vilayətinin Serqiyev Posad şəhərindəki hərbi zavodda da güclü partlayış baş verib. Nəticədə bir nəfər ölüb, onlarla insan yaralanıb, itkin düşənlər var.

Avqustun 8-də Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirən “Səlibçilər” adlı terror qruplaşmasının üzvləri dünən ərzaq dolu yük maşınları ilə Kornidzor kəndinə yürüş etmişdilər.

“Səlibçilər”in məqsədi Laçında Azərbaycanın sərhəd-keçid məntəqəsini keçərək Xankəndiyə separatçılara ərzaq aparmaq idi.

Kornidzor kəndinin başçısı yerli KİV-lərdən biri ilə söhbətində bildirib ki, “xaçlılar” geri dönüblər. Amma qruplaşmanın komandiri Sərkis Poqosyanın sözlərinə görə, onlar hələ də ərazidədirlər – “bir qədər fərqli ərazi”də yürüşə hazırlaşırlar.

Poqosyan dünən axşam saatlarında bölgədən canlı yayıma çıxaraq öz tənqidçilərinə xitab etmişdi, “mübarizə”ni dayandırmayacaqlarını demişdi.
Görünən budur ki, Xankəndiyə “səlib yürüşü” başlamadan başa çatıb. Poqosyan və qruplaşmasının son günlərdəki davranışları elə öz ölkələrində gülüş obyektinə çevrilib.

Poqosyan avqustun 8-da “Laçın yolunun açılması” ilə bağlı saat 18:00-a qədər vaxt vermişdi. O, bu müddətdə tələbləri yerinə yetirilməsə, yolu zorla açacaqlarını demişdi. Artıq həmin müddətdən iki gündən çox vaxt keçir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Kamranla 1” proqramında aparıcı Kamran Həsənli tamaşaçılarla birgə gündəmi dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR