İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamran Əliyev: "Binəqədidəki yanğının səbəbi ilə bağlı bir neçə versiya var"

824 20.01.2024 11:55 Gündəm A A

"Binəqədidə baş verən yanğının səbəbi ilə bağlı bir neçə versiya var".

Musavat.com bildirir ki, bu sözləri Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Kamran Əliyev baş verən yanğınla bağlı cinayət işinin başlandığını xatırladaraq qeyd edib:

"Yanğın zamanı 9 nəfər dünyasını dəyişib, yaralılar var.

Təəssüf hissi ilə ölən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Onların müalicəsi istiqamətində bizim tibb orqanları tərəfindən tədbirlər həyata keçirilir.

Cinayətin səbəbləri və məsul şəxslərlə bağlı hazırda bütün ekspertizalar təyin edilib.

Baş verən partlayış və yanğının səbəbi ilə bağlı bir neçə versiya var. Son nəticələr olan kimi təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi təmin ediləcək.

Eyni qaydada Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı da məsuliyyətə cəlb olunanlar var. Bunun da səbəb və şəraiti ilə bağlı hazırda istintaq davam edir".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR