İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamil Zeynallı 7 yaşlı uşağı öldürən məşqçidən DANIŞDI:“Çox güman ki, onunla da belə rəftar ediblər”

1052 03.05.2023 19:03 Gündəm A A

“Mən işgəncə ilə öldürülən uşağın anasının videosuna baxdım. Çox təsirləndim. Hətta ağladım. Bir ananın ümidlərinin puç olması kimə təsir etməz ki? Allah rəhmət eləsin! Allah səbr versin valideynlərinə!
Məşqçi ancaq şagirdinə səs tonu ilə öz aqressivliyini göstərə bilər. Amma uşağı bu dərəcə də silkələmək, təpikləmək insanlığa sığmayan bir davranışdır”.

Bu sözləri Medianews.az –a tanınmış məşqçi Kamil Zeynallı deyib.

Kamil Zeynallı bildirir ki, şagirddə müəllim qorxusu olmalıdır:

“Amma bu onu deməyə əsas vermir ki, uşağı qaldırıb yerə çırpasan. Bu insanlıqdan kənar hərəkətdir. Bəlkə də belə başa düşüb ki, uşaqları belə vurmaqla , sındırmaqla nəaliyyət əldə edəcək. Yanlış fikirdir!

Mən düşünürəm ki, məşqçidə əvvəldən problemlər olub. Çox güman ki, bu “məşqçi” ilə də belə kobud rəftar ediblər. Çünki uşaq nəyi görürsə, böyüyəndə də onu təkrar edir”.

Tanınmış məşqçi vurğulayır ki, təəssüf ki, cəmiyyətimizdə belə insanlar var:

“ Xüsusi ilə iş sahəsində belə insanlar çoxluq təşkil edir. Mələk cilidində şeytanlar var ki, özlərini saf göstərirlər, bilmirik. Amma onların iç üzünü yaxınları bilir. Belə çirkin addımı təbii ki, hər kəsə şamil etmək olmaz.

Bəli, valideynlərin belə bir hadisədən qorxmağı normaldır. Valideynlər də bilməlidir ki, hər kəs eyni deyil. Əgər valideynlər uşaqlarının təhlükəsizliyini istəyirlərsə, oturub kənardan məşq prosesini izləsinlər.

Onlar məşq zamanı iştirak etsələr müəllimlər də daha məsuliyyətli, diqqətli olarlar.

Uşaqlar Azərbaycanın gələcəyidir. Onları idmana istiqamətləndirmək, güclü vətəndaşlar yetişdirmək bizim borcumuzdur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR