İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun bəyənmədiyi general RƏİS təyin edildi

1601 10.01.2023 13:20 Region A A

General-polkovnik Aleksandr Lapin Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargahının rəisi təyin edilib.

Musavat.com xəbər verir ki, bu barədə “RBK” agentliyi məlumat yayıb.

Qeyd edək ki, ötən ilin oktyabrın sonuna qədər Lapin Ukraynadakı müharibə zamanı Rusiya qoşunlarının Mərkəz qrupunun komandiri olub. Komandanlıq etdiyi qoşunlar Liman şəhərini tərk etdikdən sonra general Aleksandr Lapin Çeçenistanın rəhbəri Ramzan Kadırov və Vaqner ÖHŞ-nin qurucusu Yevgeni Priqojin tərəfindən sərt tənqidlərə məruz qalıb. Limanın süqutundan sonra Kadırov bir neçə teleqram yazısını Lapinə həsr etmiş, generalı “istedadsız adam” adlandırmış və onu cəbhədən uzaqda olarkən qruplaşmaya rəhbərlikdə ittiham etmişdi. Kadırov həmçinin açıq şəkildə general Lapinin Müdafiə Nazirliyinin yuxarı vəzifəli şəxsləri tərəfindən himayə olunduğunu dilə gətirmişdi. Həmin hadisədən qısa müddət sonra Lapinin məzuniyyətə göndərildiyi və qrupa komandanlığın başqa şəxsə həvalə olunduğu iddia edilirdi.

Müxalifyönlü “Proyekt” saytı Aleksandr Lapinin Kadırovun hücumuna məruz qaldıqdan sonra Müdafiə Nazirliyinin onun müdafiəsinə qalxdığını xəbər edib. Hətta nazirliyin sifarişi ilə “Ura.ru” saytı generalın xüsusi PR strategiyasını hazırlayıb.

Hakimiyyətə yaxınlığı ilə bilinən “İzvestiya” qəzeti də Aleksandr Lapinin təyinatını təsdiqləyib. Qəzetin informasiyasına əsasən, 2018-ci ildən Quru Qoşunlarına rəhbərlik edən Vasili Tonkoşkurov Sənaye və Ticarət Nazirliyinə işə keçib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR