İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun baş naziri istefa verib

935 21.05.2024 17:29 Dünya A A

Çeçenistan rəhbəri Ramzan Kadırovun silahdaşı, respublika hökumətinin sədri Müslüm Xuçiyev istefa verib.

R.Kadırov Xuçiyevin vəzifəsindən getdiyini Telegram kanalında açıqlayıb.

“Müslim Xuçiyev başqa işə keçməsi ilə əlaqədar Çeçenistan Respublikası hökumətinin sədri vəzifəsindən istefa verib. Müslüm Maqomedoviç əsl peşəkardır, strateji düşüncəyə malik dövlət xadimidir”, – siyasətçi yazıb.

Respublika rəhbəri Xuçiyevin hansı vəzifəyə keçdiyini açıqlamayıb. Kadırov əlavə edib ki, keçmiş baş nazir yeni vəzifəsində özünün ən yaxşı keyfiyyətlərini göstərəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR