İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovdan təklif: "Əsirləri qaytarmağa hazırıq, bir şərtlə..."  

1041 05.01.2024 19:21 Dünya A A

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-a 20 ukraynalı əsirin təhvil verilməsi qarşılığında qohumlarına qoyulan sanksiyaları ləğv etməyi təklif edib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, o, əsirlərin siyahısını bir gün əvvəl Qroznıya gələn amerikalı keçmiş kəşfiyyatçı Skott Ritterə verib.

Sitat: "Donetskdə, Luqanskda götürülən əsirlər var. Onların siyahısını Skott Ritterə vermişəm. Onlarla yaxşı rəftar edirik. Anamın, qızlarımın günahı yoxdur. Əgər onların üzərindən sanksiya götürülsə, o zaman bu insanları təhvil verəcəyik. Mən ABŞ və Qərbi Avropa dövlətlərinə qarşı vuruşmuşam. Dövlətimizə və bütün dünya müsəlmanlarına qarşı mövqeyini dəyişməyənə qədər də onlara qarşı vuruşacağam".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR