İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov Estoniyaya raket zərbələri endirməyə çağırdı

794 16.05.2024 23:55 Dünya A A

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya hüquqi və fiziki şəxslərinə məxsus aktivlərin müsadirəsini nəzərdə tutan qanunu qəbul etdiyinə görə Estoniyanı raket zərbələri ilə dağıtmağa çağırıb.

Musavat.com xəbər verir ki, çağırış Çeçenistan Telegram kanalında yerləşdirilib.

Kadırovun sözlərinə görə, Estoniya “postsovet məkanında həmişə anti-Rusiya siyasəti ilə seçilib”: “O, indi də heç kimi təəccübləndirmədi. Amma qonşumuzun ölkəmizə maksimum zərər vurmaq arzusu ilə gərginləşməsini sakitcə izləməyə də haqqımız yoxdur. Hesab edirəm ki, bu cür çağırışlara mərasimsiz - qəti və sərt şəkildə cavab verilməlidir. Rusiyanın xaricdəki aktivləri bütün rusların sərvətidir! Ona görə də hesab edirəm ki, ölkəmizə açıq-aşkar soyğunçuluq üçün belə qərarların verildiyi məkanlar dəqiq raket zərbələri üçün bir nömrəli hədəfə olmalıdır”!

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR