İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadir İnanır tanınmaz halda - Foto

1666 25.06.2026 16:24 Şou-biznes A A

Türk kinosunun əfsanəvi simalarından olan 77 yaşlı aktyor Kadir İnanırın səhhəti ilə bağlı narahatedici xəbərlər yayılıb.

Musavat.com xəbər verir ki, 2024-cü ildə insult keçirdikdən sonra müalicə alan sənətçinin vəziyyəti may ayında ağırlaşıb. O, mayın 14-də reanimasiya şöbəsinə yerləşdirilib, mayın 22-də isə tənəffüs çatışmazlığı səbəbindən süni nəfəs aparatına qoşularaq entübe edilib.

Məlumata görə, Kadir İnanırın həyati göstəriciləri hazırda stabil olsa da, tətbiq olunan intensiv müalicəyə hələlik müsbət reaksiya vermədiyi bildirilir.

Sənətçinin yaxın çevrəsindən verilən məlumata əsasən, səhhətində sevindirici irəliləyiş qeydə alınmayıb. Onun vəziyyəti həkimlərin ciddi nəzarəti altında saxlanılır.

Qeyd edək ki, Kadir İnanır Türkiyə kinosunun ən tanınmış aktyorlarından biri olub və illər ərzində canlandırdığı obrazlarla milyonlarla tamaşaçının sevgisini qazanıb.

Könül
Musavat.com 

 

entube-edilen-kadir-inanirdan-83730778-5781_1_m.png (48 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR