İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistin Qəzzada həlak olması ilə bağlı AÇIQLAMA

634 09.12.2023 10:14 Dünya A A

Türk Xəbər Agentlikləri Alyansı Anadolu Agentliyinin fotomüxbiri Montaser Əl-Savafın Qəzza bölgəsində peşə borcunu yerinə yetirərkən həlak olmasını qınayır və jurnalistlərin təhlükəsizliyinin təmin edilməsinə çağırır.

Musavat.com xəbər verir ki, bununla bağlı Alyansın Baş katibliyi məlumat yayıb.

Bildirilib ki, jurnalist öz peşəsini istər asan, istərsə də çətin şəraitdə yerinə yetirir, çünki bu, onun cəmiyyət qarşısında borcudur. Bu səbəbdən harada olmasından asılı olmayaraq, jurnalistlərin həyatına qəsd edilməsi qəbulolunmazdır.

“Qəzza bölgəsində media nümayəndələrinin həlak olması bizi dərindən sarsıdır. Onların münaqişə zonasında təhlükəsizliyinin təmin edilməsini mütləq bir şərt hesab edirik. Alyans Anadolu Agentliyinə əməkdaşının həlak olması ilə bağlı başsağlığı verir, dərdinə şərik olduğunu bildirir” - deyə qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR