İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistin ölümü ilə bağlı 4 nəfər həbs edildi

1112 11.01.2025 02:42 Dünya A A

Özbəkistanda rusiyalı jurnalist İnessa Papernaya və daha iki nəfərin oteldə ölümü ilə bağlı 4 nəfər həbs edilib.

47 yaşlı jurnalist və digərlərinin Daşkənddə yerləşən "Karaman Palace Hotel"ində dəm qazından boğularaq öldüyü məlum olub.

Açılan cinayət işi çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları otelin sahibini, istilik qazanxanasının iki satıcısını və onu quraşdıran santexnikı saxlayıblar. Oteldə fəaliyyət göstərən qazanxananın köhnəldiyi və qayda pozuntuları ilə quraşdırıldığı müəyyən edilib.

Qeyd edək ki, 2024-cü il oktyabrın 22-də rusiyalı jurnalist İnessa Papernaya və yoldaşının Daşkənddəki hoteldə meyiti tapılmışdı. Onlar Özbəkistana tətilə getmişdilər. (Bizim.Media)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR