İnsanlara hürriyət, millətlərə istiqlal!

“Joxovurd” Samvel Babayanı “vurdu”: Bu adam Qarabağ erməniləri içində Nikol Paşinyanın ruporuna çevrilib

698 04.08.2023 21:00 Son xəbər A A

Qondarma “Qarabağ Müdafiə Ordusunun” keçmiş komandiri, “Təhlükəsizlik Şurası”nın keçmiş “katibi” Samvel Babayan Nikol Paşinyanın Qarabağ erməniləri arasında ruporuna çevrilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazır.

“Samvel Babayan uzun müddətdir Paşinyanın təbliğat tezislərini irəli sürür və Qarabağın erməni əhalisini “Ağdam yolundan istifadə etməli”, “bu yol ilə yük daşımalı”, “üstəlik, Azərbaycanla dialoqa getməli” olduqlarına inandırmağa çalışır və bunun yeganə yol olduğunu iddia edir.

Belə təəssürat yaranır ki, Samvel Babayan bununla da Qarabağ ermənilərinin iradəsinə zidd olaraq Azərbaycanla inteqrasiya prosesinə başlamağa çalışır.

Əlbəttə ki, sülh zərurətdir, ancaq sizə nifrət edən bir xalqla (Azərbaycan xalqı nəzərdə tutulur-red.) inteqrasiya bahasına deyil. Azərbaycanda "Ermənistana nifrət" dövlət siyasətinin tərkib hissəsidir. Samvel Babayan isə Qarabağ ermənilərini ticarətə və onlarla inteqrasiyaya sövq edir”, – qəzet yazır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR