İnsanlara hürriyət, millətlərə istiqlal!

“Joxovurd”: “Paşinyan bəzi suallardan qəsdən yayındı və ya...”

417 11.01.2023 14:02 Region A A

 

“Yüksək rütbəli məmurlar kompüter qarşısında əyləşərək Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki mətbuat konfransını izləyiblər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazıb.

“Xüsusən də hüquq-mühafizə orqanlarının nümayəndələri lazım gələrsə, Paşinyanın fikirlərini tutmaq və yeri gəldikdə hərəkətə keçmək üçün mətbuat konfransını kağız-qələmlə izləyiblər. Paşinyan uzun müddət suallara hazırlaşıb, özünü itirməməyə çalışıb”,-deyə qəzet yazıb.

Bununla belə o, bir sıra ciddi nöqsanlara yol verə bilib. Sualı bəyənməyəndə “bilmirəm” deyə cavablayıb. Məsələn, Paşinyan “tərəfdaşlarının korrupsiya bataqlığında olduğu”, “mühafizə xidmətinin rəhbərinin operatoru döydüyü” kimi sualları cavabsız buraxıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR