İnsanlara hürriyət, millətlərə istiqlal!

Joxovurd: “Nikol Paşinyan siyasi komandasını və bürokratiyanı təmizləməyə başlayıb”

470 15.12.2023 12:00 Region A A


“Nikol Paşinyan öz siyasi komandasının sıralarını təmizləmək qərarına gəlib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti hakimiyyətdəki mənbələrinə istinadən yazır.

“Paşinyan Vətəndaş sazişi” partiyasının üzvü olmayan, partiyanın ideyalarını bölüşməyən və bitərəf qalmağa cəsarət etməyən bütün məmurlar, hətta yüksək rütbəli məmurlardan belə qurtulmaq əmrini verib.

Eyni zamanda Paşinyan istər təhsil, səhiyyə, idman sahəsinin mütəxəssisləri, istərsə də uşaq bağçası və ya məktəb direktoru olsun, hamının işdən çıxarılması barədə göstəriş verib. Ermənistan baş nazirinə görə, partiyasının üzvü olmayanlar itaətkar tərəfdar deyillər, yəni onların idarəçilik sahəsində yeri yoxdur.

İrəvan meriyası bu günlərdə 11 uşaq bağçasının müdirlərinin işdən qovulması barədə məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, bunun əsas səbəbi direktorların “Vətəndaş sazişi” partiyasının üzvü olmamaları olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR