İnsanlara hürriyət, millətlərə istiqlal!

“Joxovurd”: Ermənistanın daxili işlər naziri və müavinlərinin adları artıq məlumdur

546 06.01.2023 18:21 Region A A

Ermənistanın gələcək daxili işlər nazirinin adı artıq bəllidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb. Gələn məlumatlara əsasən, Nikol Paşinyan polis strukturlarına ən etibarlı adamlarını yerləşdirir.

Qəzetin informasiyasına əsasən, hazırkı Polis rəisi Vahe Qazaryan daxili işlər naziri təyin olunacaq.

Qəzetin digər məlumatına görə, fövqəladə hallar naziri Armen Pambuxçyan daxili işlər nazirinin müavinlərindən biri olacaq (qurumun özü DİN-ə birləşdirilir).

Başqa bir nazir müavininin Aram Ovannisyan olacağı gözlənilir. Nazirin digər müavininin adı da məlumdur-bu Ermənistan ədliyyə nazirinin müavini Arpine Sarkisyandır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR