İnsanlara hürriyət, millətlərə istiqlal!

Jirinovskinin yerini o tuta bilər - sensasion iddia

3290 08.04.2022 18:58 Gündəm A A

Stabil elektoratı olan LDP-nin rəhbərliyinə sabiq president Dmitri Medvedyevin gətirilə biləcəyi deyilir, amma başqa namizədlər də var…  

75 yaşında vəfat edən Rusiya Liberal Demokrat Partiyasının(RLDP)sədri Vladimir Jirinovski bu gün dəfn edilib. Onun yerini kimin tutacağı hələ LDP sədri reanimasiyada olandan aktiv müzakirə mövzusuna çevrilib. Məlumdur ki, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski hələ ki, jirinovskinin LDPR fraksiyasının rəhbəri vəzifəsini icra edəcək. Bildirilib ki,   partiyada bütün təşkilati və kadr qərarları müvəqqəti dondurulub.  

“Bir liderin partiyası” olsa da, illərdir Kremlin demokratiya imitasiyası sistemində yer alan LDP-yə Jirinovskidən sonra kimin rəhbərlik edəcəyini başlı-başına buraxmaq da olmaz. Üstəlik, partiyanın stabil seçici kütləsi də var. Jirinovskinin yerinə kimin gələ biləcəyi haqda iddialar sırasında real olanı da var, hətta ekzotik görünəni də. 

shutterstock_1060979762-1038x778.jpg (79 KB)

Məsələn, Liberal Demokrat Partiyasının rəhbəri postuna namizədlər arasında “Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının lideri Sergey Mironovun namizədliyi haqda da danışlır.  Liberal Demokrat Partiyasının rəhbərinin Xabarovsk qubernatoru Mixail Deqtyarovun olması variantı da var. Deqtyarov “narahat regionda güclü etiraz dalğasına” qalib gələrək, özünü Kremlə tamamilə sadiq siyasətçi kimi göstərib. 

Lakin burada ən gözlənilməz versiya Kremlin Jirinovskinin varisi, keçmiş prezident və baş nazir, indi isə Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyevin adının hallanmasıdır. Qeyd edək ki, bu gün Jirinovski ilə vidalaşmağa gələnlər sırasında Medvedyev də olub.

44.JPG (45 KB)

İddiaya görə, 2021-ci ilin payızındakı parlament seçkilərindən sonr ”Vahid Rusiya” Partiyasının rəhbəri Dmitri Medvedyevin kreslosunu başqa adama həvalə edilməsi də müzakirə mövzududur. Bu versiyaya görə, Medvedyev hakim partiyadan ayrılıb liberalların rəhbəri ola bilər, bununla da gerçək liberal-demokrtaları Kremlin xeyrinə yönləndirə bilər. İstisna edilmir ki, bu halda Medvedyevin rəhbərlik edəcəyi partiyanın adı Jirinovski ilə bərabər “dəfn edilə” də bilər.

Bəs o zaman Medvedyevin yerinə kim “Vahid Rusiya”ya sədr göndəriləcək? Sualı üzərində də müxtəlif versiyalar qurulur. Bildirilir ki, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun idarəçiliyindən narazılıq var və onu şimal paytaxtındak rəhbərlikdən uzaqlaşdırmaq istəyirlər. Beləliklə, birinci versiyaya görə, zəngin aparat təcrübəsi ilə Beqlov hakim partiyaya rəhbər gətirə bilər.

IMG_1858-pic_32ratio_900x600-900x600-72200.jpg (104 KB)

Sankt-Peterburq qubernatorunun isə Pskov vilayətinin keçmiş rəhbəri, hazırda “Vahid Rusiy”anın Aparat rəhbəri, müharibədə fəal təbliğatçı olan Andrey Turçakın ola biləcəyi deyilir. Yada salaq ki, Turçakın adı neçə vaxtdır Vladimir Putinin gələcək varisi kimi də hallanır. Digər variant isə baş nazir Mixail Mişustinin “Vahid Rusiya” Partiyasının rəhbəri olmaq istəməsi barədədir. Guya onun prezident seçkilərində namizədlər siyahısında onun adının da düşmək şansı var.

Nəhayət, Moskva meri Sergey Sobyaninin hakim partiyanın rəhbəri olacağı ehtimal edilir. Düzdür,deyirlər ki, bürokratik rıçaqlardan istifadə etməyi bilən Moskva meri üçün bu, siyasi çəkisini artırmaq üçün çox real fürsət olsa da, onun özü çətin ki, indi belə transferə razı olsun.

Orxan ƏLİYEV, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR