İnsanlara hürriyət, millətlərə istiqlal!

Jirayr Liparityan: Ermənilər İlham Əliyevin təklifini qəbul etməlidirlər

1113 16.09.2023 19:32 Region A A

“Əslində, BMT Təhlükəsizlik Şurasından tutmuş, Minsk Qrupu və ATƏT başda olmaqla, Rusiya, Fransa, İran, Yunanıstan və Kipr kimi dostlarımız da daxil olmaqla beynəlxalq ictimaiyyət həmişə Qarabağın müstəqil olmayacağını,onu tanımadıqlarını, yalnız Azərbaycanın tərkib hissəsi kimi gördüklərini bildiriblər. Biz yalnız özümüzü dinləyirik, heç kim bizə kömək etməyəcək”.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın keçmiş müşaviri Jirayr Liparityan Massaçusetsdəki Erməni Araşdırmaları Mərkəzində çıxışı zamanı bu sözləri söyləyib.

“Qarabağda nə baş verdiyini görə bilərsiniz. BMT Təhlükəsizlik Şurasının dördü Rusiya, Fransa, ABŞ və Böyük Britaniya olmaqla beş üzvü hər gün Qarabağın “blokadası”ndan narahat olduqlarını deyirlər, amma Azərbaycanı məcbur edən qətnamə belə qəbul edə bilmirlər. Bizim (ermənilərin-red.) “mən bunu istəyirəm, onu istəyirəm” demək lüksümüz yoxdur. Hesab edirəm ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkündür. Biz hər dəfə özümüzə qeyri-real məqsədlər qoyuruq və daha çox itirməyə meyl edirik. Müharibəni qazandıqdan sonra İlham Əliyevin bir çox variantı var idi. Amma biz özümüzü elə aparırdıq ki, sanki müharibədə məğlub olmamışıq. O vaxt təklif olunanlar indikilərdən qat-qat yaxşı idi. Onun indiki təklifləri də hazırkı anda həyata keçirilə bilər”, - deyə Liparityan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR