İnsanlara hürriyət, millətlərə istiqlal!

İzmirdə bina kül oldu - İbrahim Tatlısəsin evi yandı FOTO

1727 28.04.2023 12:22 Hadisə A A

Türkiyənin İzmir şəhərinin Narlıdərə rayonunda yerləşən Folkart yaşayış kompleksində güclü yanğın hadisəsi qeydə alınıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün saat 22:00 radələrində 4 blok və 168 mənzildən ibarət lüks kompleksin 3-cü blokunda yanğın başlayıb.

Yanğın zamanı əraziyə xeyli sayda polis və yanğınsöndürən cəlb edilib. Yanğına müdaxilə 8 saatdan çox davam edib. Binadakı bütün mənzillər yararsız hala düşüb. Helikopterlər də daxil olmaqla, hadisə yerinə 70 tibb işçisi, 20 təcili yardım maşını cəlb edilib. Gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu da bölgəyə gələrək yanğınla bağlı məlumat alıb.

Qeyd edək ki, sözügedən yaşayış kompleksində məşhur türk müğənnisi İbrahim Tatlısəsin də mənzilinin olduğu bildirilir. Müğənni yanğınla əlaqədar sosial media hesabında paylaşım edib. 

Musavat.com

WhatsApp Image 2023-04-28 at 10.58.44.jpeg (41 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR