İnsanlara hürriyət, millətlərə istiqlal!

İYİ Partiyada SMS SKANDALI FOTO

830 22.12.2023 14:41 Region A A

Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində CHP ilə ittifaq qərarı alınmamasına cavab olaraq İYİ Partiyadan bir çox millət vəkili istefa verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, partiyadaxili istefa dalğasının yaratdığı digər skandal isə üzvlərə “İstefa" mövzusunda göndərilən məlumat xarakterli mesajlar olub.

"Hörmətli üzvümüz, İstanbul millət vəkilimiz Səlim Ensarioğlu və Diyarbakır İl Təşkilatımız İYİ Partiyadan istefa verdi. Əgər istefa vermək istəyirsinizsə, e-hökumət vasitəsilə "Siyasi Partiya Üzvlüyünün Ləğvi Müraciəti" menyusu vasitəsilə İYİ Partiyadan istefa verə bilərsiniz", - göndərilən mesajlarda deyilir.

Sözügedən SMS mesajlarından birini paylaşan İYİ Partiyanın təşkilat sədri Buğra Kavuncu, "Bu tip mesajlar göndərənlərin sayı artmaqdadır. Lazımi tədbirləri görürük" deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR