İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyalı nazir: "Ağdamdakı dağıntıları heç kəs təsəvvür edə bilmirdi"

445 13.02.2023 15:43 Siyasət A A

"Azərbaycanda dəfələrlə olmuşam. Mən hələ xarici ticarət naziri olduğum zaman ölkənizə səfər etmişdim. Bu gün isə “Ansaldo” ilə razılaşmanın qeyd olunması mərasiminə qatılmışam".

"Report" xəbər verir ki, bunu İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Prezident İlham Əliyev ilə görüşdə deyib.

“Siz ərazilərinizi azad etdikdən bir neçə gün sonra İtaliyanın parlament nümayəndə heyətinin tərkibində ölkənizə səfər etdim. O vaxt həmin yerlərə baş çəkdik. Ağdam şəhərinə getdiyimi, məscidin minarəsindən çəkdiklərimi xatırlayıram. İtaliyanın informasiya kanallarında onları nümayiş etdirdim. Bu səfər məndə böyük hisslər doğurdu. Bu dağıntıları heç kəs təsəvvür edə bilmirdi”, - deyə Adolfo Urso bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR