İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyada yük qatarının relsdən çıxması ciddi problemlər yaradıb

179 20.04.2023 17:07 Son xəbər A A

İtaliyanın Florensiya şəhərinin dəmir yolu stansiyasının ərazisində yük qatarı relsdən çıxıb.

AZƏRTAC xəbər verir ki, İtaliyanın dəmir yolları şəbəkəsi qəzanın dağıntılara səbəb olduğunu, hadisə nəticəsində xəsarət alan olmadığını bildirib. Hazırda texniki işçilər tərəfindən təmir-bərpa işləri aparılır.

Qəza nəticəsində İtaliyanın şimal-cənub istiqamətində şəhərlərarası və regional qatarların hərəkətində gecikmələr yaşanıb. Florensiya və Bolonya şəhərləri arasında dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb. Stansiyalarda qatarların hərəkətində gecikmələr olub, bəzi qatarların marşrutu dəyişdirilib.

Paytaxt Romanın Termini stansiyasında da dəmir yolu hərəkəti iflic olub. Platformalarda sıxlıq yaranıb, yüzlərlə sərnişin problemlə üzləşib.

Bundan başqa, 160 nəfərin olduğu Milan-Salerno şəhərlərarası qatarı gecə saatlarından bəri hərəkətsiz vəziyyətdədir və sərnişinləri təxliyə etmək hazırda mümkün deyil.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR