İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya Qəzza zolağının sahilinə üzən xəstəxana göndərəcək

329 09.11.2023 02:26 Dünya A A

İtaliya Qəzza zolağının sahilinə üzən xəstəxana göndərəcək və quruda yerləşən səhra müalicə qurğusunu yerləşdirməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krozetto paytaxt Romada keçirdiyi mətbuat konfransında bildirib.

“Bu gün müharibədən zərər çəkmiş bölgələrə göndərmək istədiyimiz xəstəxana ilə təchiz edilmiş “Vulkan” gəmisi yola düşəcək”, – MN rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, gəmidə 170 nəfər yerləşdiriləcək. Onlarla birlikdə İtaliya Hərbi Dəniz Qüvvələrinin fövqəladə vəziyyətlərdə işləmək üçün hazırlanmış 30 mütəxəssisi Qəzza sahilinə gedəcək. Daha 30 hərbçi təyyarə ilə göndəriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR