İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya Ermənistana 4 milyon avro AYIRDI

682 03.10.2023 11:30 Region A A

İtaliya hökuməti Qarabağdan çıxan ermənilər üçün İtaliya Qızıl Xaç Cəmiyyətinə 4 milyon avro ayırıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl İtaliyada Ermənistan hökumətinin müvafiq yardım üçün Avropa Komissiyasına müraciət etdiyi bildirilirdi.

Xatırladaq ki, erməni separatçılarının tərksilah edilərək Qarabağdan çıxarılması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə ordumuz tərəfindən sentyabrın 19-20-də bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. 23 saatdan bir qədər çox davam edən tədbirlər nəticəsində Qarabağdakı qanunsuz hərbi birləşmələr ağ bayraq qaldıraraq təslim olublar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR