İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya Çin layihəsindən çıxır - SENSASİON SƏBƏBLƏR

718 08.12.2023 14:10 Dünya A A

İtaliya Çinin "Müasir İpək Yolu" olaraq xarakterizə edilən “Bir Kəmər-Bir Yol”  layihəsindən çıxmaq qərarına gəlib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın 2019-cu ildə daxil olduğu layihədən çıxmaq qərarı Çin rəhbərliyinə rəsmi notada bildirilib.

“Corriere della Sera” qəzetinin verdiyi xəbərə görə, 2019-cu ildə imzalanan müqavilənin 2024-cü ilin martında avtomatik olaraq yenilənməsi gözlənilirdi. Belə ki, Roma Pekinin rəsmi bildiriş tələbindən sonra geri çəkilmə qərarını dekabrın 3-də çatdırıb.

Qeyd edək ki, “Bir Kəmər-Bir Yol” təşəbbüsü 2013-cü ildə irəli sürülüb. Hazırda 152 ölkə və 30 beynəlxalq təşkilat Çinlə bu proqram çərçivəsində əməkdaşlıq sazişi imzalayıb. İtaliya dünyanın inkişaf etmiş iqtisadiyyatlarını birləşdirən G7 qrupundan Çinin layihəsində iştirak edən yeganə ölkə olub. Adıçəkilən layihədə iştirak dövrü ərzində İtaliya böyük iqtisadi fayda əldə edə bilməyib, əksinə lazımsız siyasi fəsadlarla qarşılaşıb.

İtaliyanın baş naziri Corciya Meloni “Bir Kəmər-Bir Yol” layihəsinə qoşulma qərarını böyük səhv kimi qiymətləndirib.

“La Repubblica” qəzeti yazıb ki, bu addım baş nazir Corciya Meloni və ABŞ prezidenti Co Baydenin görüşündən bəri gözlənilirdi.

ANSA agentliyi İtaliyanın “Bir Kəmər-Bir Yol”  layihəsindən çıxmaq qərarının səbəblərini belə izah edib:

''Bu qərar iki səbəbə görə qəbul edilib. Birincisi, müqavilə gözlənilən iqtisadi faydaları vermədi. İkincisi, Çinlə bu cür struktur əlaqə Vaşinqton və Brüsseldə narahatlığa səbəb oldu”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR