İnsanlara hürriyət, millətlərə istiqlal!

ISW: Rusiya bir istiqamətdə genişmiqyaslı hücuma keçə biləcək

812 01.04.2024 15:14 Dünya A A


“Rusiya ordusu bundan sonra yalnız bir istiqamətdə hücumu davam etdirə bilər”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) cəbhədəki hadisələrlə bağlı son hesabatında belə deyilir.

ISW ekspertləri belə bir istiqamətin Donetsk vilayətinin qərbinə, xüsusən də bu yaxınlarda Rusiya hərbçilərinin nəzarətinə keçən Avdeyevka tərəfdən gələ biləcəyini bildirirlər.

Qeyd edək ki, bu il martın 30-da  Tonenkoe kəndi yaxınlığında Rusiya qüvvələri ilk uğursuz hücum cəhdi həyata keçiriblər.

Xəbərdə deyildiyi kimi, bu ərazidə Ukrayna qoşunları Rusiya qoşunlarının bütöv bir mexanikləşdirilmiş batalyonunun hücumunu dəf edə bilib. Halbuki Tonenki yaxınlığında Rusiya ordusu döyüşə 36 tank və 12 piyada döyüş maşını göndərmişdi.

“Bazar günü yayılan geolokasiyalı görüntülər Tonenkoyenin şimal-qərbində, yol boyu çoxlu sayda məhv edilmiş və zədələnmiş Rusiya zirehli texnikası və tanklarını göstərir. Hücum zamanı Ukrayna Silahlı Qüvvələri Rusiyanın 12 tankını və 8 piyada döyüş maşını məhv edib”,-deyə ISW bildirib.

Müharibənin Araşdırılması İnstitutunun ekspertlərinin fikrincə, martın 30-da həyata keçirilən hücumun miqyası əhəmiyyətli faktdır, çünki Rusiya qüvvələri 2023-cü ilin oktyabrında Avdiyevkaya hücum başlayandan bəri belə miqyasda hücuma keçməmişdi.

“Bu həm də Ukrayna Silahlı Qüvvələrinin Rusiyada gözlənilən hücum əməliyyatından müdafiə oluna biləcəyinə dair müsbət sübutdur”-deyə ekspertlər qeyd ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR