İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə İraqdan müsadirə etdiyi artefaktları sahibinə qaytardı

696 25.05.2024 03:06 Dünya A A

İsveçrədə açılan cinayət işi çərçivəsində İraqdan müsadirə edilən qədim Mesopotamiya dövrünə aid üç artefakt bu ölkəyə geri qaytarıb.

Berndə keçirilən rəsmi təhvil verilmə mərasimində İsveçrə Daxili İşlər Nazirliyinin rəhbəri Elizabet Şnayder, İraqın baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn iştirak edib.

Qeyd olunub ki, qaytarılan tarixi əşyalar İraq tarixi-maddi sərvətinin Mesopotamiya irsinə aiddir.

Artefaktlar 1857, 1959 və 1976-cı illərdə rəsmi qazıntılar zamanı aşkar edilərək indeksləşdirilib.

Tarixi əşyalar sonradan qeyri-qanuni olaraq naməlum şəraitdə İraqdan çıxarılıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR