İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç Rusiyaya görə Qotland adasının müdafiəsini gücləndirir

488 22.05.2024 14:24 Dünya A A

İsveç Rusiyaya görə Baltik dənizindəki Qotland adasının müdafiəsini gücləndirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Krallıq ordusunun baş komandanı Mikael Buden deyib.

“Kim Qotlanda nəzarət edirsə, Baltik dənizinə də nəzarət edir. Hazırda biz Qotlandı müdafiə edirik və lazım gələrsə, adadan hücum əməliyyatları üçün də istifadə edə bilərik. Baltik dənizi Rusiya üçün də eyni dərəcədə vacibdir”, - deyə komandan bildirib.

O, həmçinin Rusiyanı regionu hərbiləşdirmək planlarında ittiham edib. Baş komandan izah edib ki, ada alyans ölkələri üçün strateji əhəmiyyət kəsb etdiyinə görə NATO üçün vacibdir.

Martın 12-də İsveçin baş naziri Ulf Kristersson NATO ilə Qotland adasını Rusiyadan gələn təhdidlərdən müdafiə etmək planlarını açıqlayıb. Siyasətçinin fikrincə, Moskvanın “artan militarizmi” fonunda tez-tez “nəhəng təyyarədaşıyan gəmi” adlandırılan bu quru ərazinin müdafiəsini gücləndirmək əsas prioritetdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR