İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç Rusiya, Çin və İranı təhlükəsizliyi üçün təhdid sayır

290 22.02.2023 15:46 Siyasət A A

İsveçin Təhlükəsizlik Polisi (Säpo) Rusiya, Çin və İranın ölkənin təhlükəsizliyinə ciddi təhdid yaratdığını və İsveçə qarşı kiberhücumlar və dezinformasiya kampaniyalarından istifadə olunduğunu bildirib.

APA "SVT Nyether" telekanalına istinadən xəbər verir ki, bu barədə İsveç Təhlükəsizlik Polisinin rəhbəri Şarlotte von Essen mətbuat konfransında deyib.

"Rusiya və digər avtoritar dövlətlər öz hücumlarını intensivləşdiriblər, onların təhlükəsizliyi təhdid edən fəaliyyətləri davam edir. Qlobal vəziyyət həmçinin ekstremizmin artmasına, hücum təhlükəsinin artmasına təkan verir və ümumilikdə bu o deməkdir ki, İsveç üçün də təhlükə getdikcə sürətlənir", - deyə von Essen vurğulayıb.

Rusiyanın İsveçə ən böyük təhlükə olduğunu deyən Təhlükəsizlik Polisinin rəhbəri Rusiyanın İsveçə qarşı geniş kəşfiyyat fəaliyyəti həyata keçirdiyini vurğulayıb.

Säpo-nun əks-kəşfiyyat rəhbəri Daniel Stenlinq də mətbuat konfransında Rusiyanın kəşfiyyatının təhlükəli olduğunu deyib.

"Rusiya İsveçi Avropanın, NATO-nun və kollektiv Qərbin bir hissəsi hesab edir. Bu o deməkdir ki, biz Rusiyadan təhlükəsizliyi təhdid edən fəaliyyətlərin sayının artacağını görəcəyimizə hazır olmalıyıq", əks-kəşfiyyat rəhbəri Daniel Stenlinq əlavə edib.

Çin Säpo tərəfindən uzunmüddətli və artan bir təhdid, İran isə təhlükəsizlik təhdidi kimi xarakterizə edilib.

"Xarici təhdidlər daxili təhlükəsizliyimizə də ciddi təsir edir", Şarlotta von Essen əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR