İnsanlara hürriyət, millətlərə istiqlal!

İstirahətə gedən ailə Şabranda qəzaya düşdü

626 19.07.2024 17:47 Hadisə A A

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun Şabrandan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yük maşını (TIR) yolda hərəkətdə olan zaman eyni istiqamətdə hərəkətdə olan VAZ-21099 markalı minik avtomobilinə arxadan çırpılıb.

Hadisə zamanı avtomobildə olan Tərtər rayon sakinləri - 1975-ci il təvəllüdlü Eldar Məmmədəli oğlu Əliyev, 1984-cü il təvəllüdlü Aygün Rəhbət qızı Əliyeva, 2007-ci il təvəllüdlü L.Əliyeva, 2008-ci il təvəllüdlü E.Əliyev, 2010-cu il təvəllüdlü H.Heybətov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar təcili tibbi yardım briqadaları ilə xəstəxanaya çatdırılıblar. Onların Xaçmaza istirahətə getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır./unikal

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR