İnsanlara hürriyət, millətlərə istiqlal!

İsti su min bir dərdə dərman imiş... - ŞOK ARAŞDIRMA

3114 25.02.2024 16:51 Yaşam A A

Çinlilərin ən sevimli içkisi isti sudur. Yay-qış termosda isti su daşıyan çinlilər sağlamlıq məsələsinə çox həssas yanaşırlar.

İsti suyun faydaları barədə kiçik araşdırmanı təqdim edirik.

İsti su içmək faydalıdır. Çinlilərin fikrincə, yeməkdən əvvəl isti su içmək həzmi asanlaşdırır. Elmi sübut olmasa da, yeməkdən əvvəl isti su içmək sağlamlıq üçün faydalı olduğuna inanılır. İsti su boğazdakı ağrıları sakitləşir, bundan başqa, burun tıxanıqlığını aradan qaldırır. Həmçinin qarın əzələlərinə sakitləşdirici təsir göstərir, müxtəlif sancıların və spazmların qarşısını alır, xüsusən də ağrıları azaldır. Bundan başqa, isti su saç köklərindəki sinir uclarına enerji verir, nəticədə saçlar yumşaq və parlaq olur.

Artıq çəkidən xilas olmağa yardım edən isti su arıqlamaq üçün də faydalıdır. Eyni zamanda, gün ərzində qəbul edilən isti su qan dövranını tənzimləyir, sinir sistemini sakitləşdirir. Yemək arasında içilən soyuq su orqanizmdə yağları bərkidir və nəticədə köpə səbəb olur. Ancaq isti su həzm sistemini yaxşılaşdırır, bağırsaqların fəaliyyətini tənzimləməkdə mühüm rol oynayır. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR