İnsanlara hürriyət, millətlərə istiqlal!

İsti havalarda bu səhvə yol verməyin! Zərərlərini saymaqla bitmir

831 25.06.2024 18:27 Yaşam A A

Yay fəslində demək olar ki, hamı soyuq bəzən də bumbuz su içir. Lakin mütəxəssislər isti havalarda soyuq suyun tez-tez içilməsinin mədə və bağırsaq xəstəliklərinə səbəb ola biləcəyini vurğulayıblar.

Bu barədə türkiyəli professor Vedat Göral danışıb:

“Normal insanın bədən istiliyi 36-37 dərəcədir. İçdiyimiz soyuq su ilə bədən istiliyimiz arasındakı 10-12 dərəcə fərq heç bir problem yaratmır. Ancaq su daha da soyuyarsa, bədənimiz zədələnməyə başlaya bilər. Tez-tez soyuq su içmək yemək borusunda sancılar və narahatlıq yarada bilər. Bu, qastrit və xora xəstəliyi olan insanlarda soyuq su içmək mədə turşusunu artıracaq, mədə və bağırsaqda həddindən artıq qaz, kramp kimi ağrıların, yanma və mədə narahatlığının artmasına səbəb olacaq”.

Lakin mütəxəssis mədə şikayəti olmayanlar üçün sərin su içməyin heç bir zərəri olmadığını bildirib:

“Sərin su bədəndən istiliyi alır və insan özünü yaxşı hiss edir. Soyuq suyu birdən-birə içmək bağırsaq hərəkətlərinin artmasına səbəb olur, bu da qarın ağrısı, qaz və şişkinliyə gətirib çıxarır. Ona görə soyuq suyu yavaş-yavaş və kiçik dozalarda içmək lazımdır. İçmək üçün soyuq suyun ideal temperaturu 16 dərəcə olmalıdır. Daha aşağı temperaturda mənfi təsirlərin qarşısını almaq üçün bir az ilıq su əlavə edərək içmək daha yaxşıdır”./Yenisabah.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR