Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Mixail Kavelaşvilini Gürcüstanın yeni prezidenti kimi tanımadığına işarə vurub.
Musavat.com-un xəbərinə görə, Sibiqa bununla bağlı yerli jurnalistlərin sualına qeyri-müəyyən cavab verib.
Onun sözlərinə görə, Ukrayna “gürcü xalqını dəstəkləyir” və liderləri yox, dövlətləri tanıyır.
Qeyd edək ki, Ukrayna eyni mövqeyi Belarus prezidenti Lukaşenkoya qarşı da nümayiş etdirir.
“Yalnız onu əlavə edə bilərəm ki, bizim yanaşmamız Avropa İttifaqının yanaşmasına əsaslanacaq. Biz Aİ-yə tamhüquqlu üzvlük əldə etməyə çalışan bir dövlət olaraq Avropa İttifaqının siyasi qiymətləndirmələrinə və bəyanatlarına qoşulmağa borcluyuq”, - deyə Andrey Sibiqa bildirib.
Musavat.com