Sumqayıt şəhərində 17 yaşlı yeniyetmənin öldürülməsi ilə nəticələnən insidentin bəzi təfərrüatları müəyyənləşib.
Emil Qələndərovun söyüş üstündə qətlə yetirildiyi məlum olub.
Məlumata görə, E.Qələndərov evin tək övladı olub, ata-anası yoxdur, Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin şagirdi idi.
Polis əməkdaşlarının hadisədən sonra keçirdikləri tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər.//Report
***
Sumqayıt şəhərində 17 yaşlı yeniyetmə qətlə yetirilib.
Məlumata görə, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.
2008-ci il təvəllüdlü Emil Qələndərov naməlum şəxs tərəfindən öldürülüb.
Faktla bağlı araşdırma aparılır.//Report