İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulun məşhur ticarət mərkəzində silahlı atışma - 2 nəfər yaralandı VİDEO

674 08.10.2022 17:57 Hadisə A A

İstanbulun məşhur ticarət mərkəzinin restoranında iki qrup arasında silahlı atışma olub.

Musavat.com xəbər veir ki, Sarıyerdəki ticarət mərkəzində baş verən hadisə zamanı 2 nəfər yaralanıb, 5 nəfər saxlanılıb.

Əldə edilən məlumata görə, aralarında borc məsələsi olan iki qrup arasında mübahisə yaranıb. Mübahisə böyüdükdən sonra bir nəfər silahını çıxararaq atəş açıb. Güllələrdən biri digər qrupdakı ərəb əsilli Almaniya vətəndaşına, tapançadan çıxan digər güllələr isə qonşu masada oturan başqa bir əcnəbi vətəndaşa dəyib.

Yaralılar təcili yardımla xəstəxanaya aparılarkən hadisə yerinə gələn polis araşdırmalara başlayıb.

Hadisə ilə əlaqəsi olduğu müəyyən edilən 5 nəfər polis tərəfindən saxlanılıb. Şübhəlilər dindirilmək üçün polis bölməsinə aparılıb. Yaralının sağlamlıq durumunun yaxşı olduğu öyrənilib. Hadisə ilə bağlı polisin araşdırmaları davam edir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR